Qanunsuz mərc oyunlarının təşkili və reklamının məsuliyyəti nədir? - AYDINLIQ GƏTİRİLDİ
“Qeyri-qanuni mərc oyunlarında və qumar oyunlarında iştirak hüquqi məsuliyyət də yaradır. Yəni, sadəcə təşkilatçılar deyil, qumar oynayanlar da məsuliyyət daşıyır. Bu tələb virtual məkanda təşkil edilən oyunlardakı iştiraka da aiddir”. Bu sözləri SİA-ya açıqlamasında Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov deyib.
Fariz Əkbərov sözlərinə belə davam edib: “İnzibati Xətalar Məcəlləsinin 401-ci maddəsi “Qumar oyunları” adlanır və həmin maddədə aşağıdakı hərəkətlərin edilməsi inzibati məsuliyyət yaradır:
- Azərbaycan Respublikasının ərazisindən qumar oyunlarında iştirak üçün imkanların yaradılması, o cümlədən qumar oyunlarının oynanıldığı virtual mühitə çıxışın təmin edilməsi;
- Qumar oyunlarında iştirak üçün biletlərin (və ya biletə bərabər tutulan digər iştirak hüququnun) satışının təşkili və (və ya) satışı;
- Qumar oyunlarında iştirak üçün mərclərin qəbul edilməsi, pul vəsaitlərinin, əşyaların və qeyri-maddi əmlak nemətlərinin qəbulu, köçürmələrin aparılması, uduşların ödənilməsi, uduşların, mükafatların və ya digər gəlirin verilməsi, bunların təşkili və bunlarla əlaqədar xidmətlərin göstərilməsi;
- Qumar oyunlarının təşkili, keçirilməsi, iştirak üçün biletlərin (və ya biletə bərabər tutulan digər iştirak hüququnun) satışı ilə, qumar oyunlarında iştirakla bağlı Qanunu ilə müəyyən edilmiş qaydada keçirilən lotereyalar və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada keçirilən idman mərc oyunları qumar hesab edilmir.
Yəni, qumar oyunu, “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən müştərinin ödəniş tapşırıqlarının və ya bank hesabı üzrə digər əməliyyatlarının bank əməliyyatları aparan şəxslər tərəfindən icrası qumar deyil”. İkinci hüquqi məsuliyyət Cinayət Məcəlləsi ilə yaranır:
“Qumar oyunlarının təşkili və ya keçirilməsi Cinayət Məcəlləsinin 244–1.1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. Yəni, qanunverilicik qumar oyunun təşkili və keçirilməsini daha ağır əməl hesab edərək onu daha sərt cəzalandırır, virtual mühitə çıxışın təmin edilməsi, bilet satışı və oyunda iştirak haqqı ilə uduşun ödənilməsi kimi ayrı-ayrı hərəkətləri isə Cinayət Məcəlləsinin tənzimlənmə dairəsindən çıxararaq inzibati cərimə ilə cəzalandırır.
Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsinə uyğun olaraq, qumar oyunlarının təşkili və ya keçirilməsi, habelə qumar oyunlarının keçirilməsi üçün yer təşkiletmə və ya saxlama cinayətdir və beş min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə