Valideynin xəyanətini bilən övlad necə böyüyür? - PSİXOLOQ AÇIQLADI
“Əgər bir uşaq valideynlərinin bir-birinə olan xəyanətini görürsə, o böyüyən zaman eyni tip insanı gözündən tanıyır və ona aşiq olur”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Zeynəb Eyyubova deyib.

Onun sözlərinə görə, yəni, bu bir qız uşağıdırsa, öz atası tipli bir kişi tapır və o eyni anası kimi yaşadığı həyatı o kişi ilə yaşamağa başlayır: “Bir sözlə, bu uşaqda elə bir travma qoyur ki, o ya eyni tip adamı seçir, ya da evlilik qorxusu yaranır”.
Zeynəb Eyyubova sözlərinə belə davam edib: “Valideynlərdən birmənalı olaraq xahişimiz odur ki, xüsusən xəyanət mövzusu ilə bağlı olan problemlərini uşaqlarının gözləri önündə etməsinlər. Yəni, uşaqlarınızda xəyanətə meyillilik olmasını istəmirsinizsə, övladınızın yanında bunları yaşamayın. Qız və oğlan uşaqları üçün ən böyük ilk sarsıdıcı travma öz ana və atalarının partnyorlarını başqa birisi ilə aldatmasıdır. Bu onlar üçün dünyada gələn ilk sarsıcıdı zərbə olur”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB