“Gözü zəiflədən əsas vasitələr içərisində havanın çirkli olması dayanır” - HƏKİM AÇIQLADI

“Gözü zəiflədən əsas vasitələr içərisində havanın çirkli olması dayanır” - HƏKİM AÇIQLADI

“Gözlərin müayinəsi ilk olaraq doğum evində yoxlanılır. Daha sonrakı dövrlərdə isə pediatrlar interval təyin edirlər ki, hansı müddət aralığında gözlər müayinə olunmalıdır”. Bu sözləri SİA-ya açıqlamasında həkim oftolmoloq Paşa Qəlbinur deyib.

O bildirib ki, məktəblərdə də uşaqların göz müayinəsi vaxtaşırı aparılır: “Bu zaman hər hansı problem müşahidə olunarsa, göz həkiminə yönləndirirlər. İrsiyyətində göz xəstəliyi olan şəxslər ən azından ildə bir dəfə göz müayinəsindən keçməlidirlər. Gözü zəiflədən əsas vasitələr içərisində havanın çirkli olması, radiasiya yüksəkliyi, tez-tez günəş tutulması, həmçinin günəş radiasiyasının da çox olması yer tutur. Eyni zamanda şəkərli diabet, qan təzyiqi olan şəxslərdə gözün zəifləməsi ilə üz-üzə qala bilərlər. Ölkəmizdə göz xəstəlikləri dünya ilə müqayisədə eyni səviyyədədir, ciddi bir fərq yoxdur.

Şəkər xəstəliyinin artması ilə də göz xəstəliklərinin artmasını nəzərə almalıyıq. Şəkərli diabet, endokrinoloji xəstəliklər və bədəndə olan bir çox xəstəliklərin fəsadı özünü gözdibində, yəni torlu qişada göstərir. Gözdibindəki torlu qişa isə gözün görmə funksiyasının ən məhsul yerlərindən birini təşkil edir.
Gözün müxtəlif cür milyonlarla problemi ola bilər. Məhz bu səbəbdən də hər bir gözə fərdi yanaşılmalı, ona uyğun müalicə və ya əməliyyat növü seçilməlidir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə