"Ailədə dəyişməyən qaydalar olmalıdır" - MÜNASİBƏT BİLDİRİLDİ

"Təəssüf ki, ailə dəyərləri zamanla dəyişə bilər". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan filosofu, pedaqoq, fəlsəfə üzrə fəlsəfə doktoru, sosioloq Mail Yaqub deyib.

Sosioloq bildirib ki, halbuki ailələrdə dəyişməyən qaydalar olmalıdır: "Yəni prinsipcə ailədə dəyişməyən qaydalar olmalıdır. Məsələn, ailədə valideyn övladına qarşı sevgi göstərməlidir. Prinsip, qayda bunu deyir. Ailədə qarşılıqlı hörmət, ehtiram olmalıdır. Valideyn övladına, övlad da valideyninə qarşı hörmət, ehtiramla yanaşmalıdır. Ailədə hamı bir-birinə dəstək olmalıdır.

İndividualizm qadağandır. Yəni ailədə hamının özünü düşünməsi qadağandır, olmaz. Hamı birlikdə ailənin mənafeyini düşünməlidir. Bütün bu qaydalar dəyişməməlidir. Amma, təəssüf ki, müəyyən zaman keçdikcə bu qaydalar alt-üst olur. Bəzi ailələrdə bu qaydalar dəyişir. Qaydalar dəyişən vaxt isə ailələrdə böyük problemlər yaranır. Valideyn-övlad arasında, valideynlərin bir-biri ilə münasibətlərində və sair problemlər yaranır. "Bunları aradan qaldırmaq üçün nə etməliyik?" dedikdə dayanmadan həmin qaydaları, dəyərləri bütün platformalarda təbliğ etmək, izah etmək lazımdır".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə