"Sevən insan dünyanın hər bir varlığını sevmək iqtidarındadır" - PSİXOLOQ ŞƏRH ETDİ
"Millət olaraq hər bir insanın fərdi psixologiyası var". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Gülər Məmmədova deyib.
Psixoloq bildirib ki, hər millətin özünün etnopsixoloji görüşləri var: "Biz millət olaraq qonaqpərvərik. Əslində hər kəsin fərdi xüsusiyyətləri, insanın özünə olan dəyəri millətindən asılı olmayaraq insanın ətrafına olan dəyəri ilə əlaqədardır. İnsan özünə hansı hörməti, qiyməti, dəyəri verirsə, ətrafındakılara da onu əks etdirir. Özünü nümayiş etdirmək var, bir də özünü yaxşı göstərmək, insanlara özünü fərqli təqdim etmək var, simasını olduğu kimi təqdim etmək var. Qeyd etmək istəyirəm ki, bu, fərdi, individual yanaşmadır.
Biz millətimizi sevən millətik. Sadəcə əksər insanlar yad millət görəndə ondan sui-istifadə edərlər. Taksi sürücülərinin bir qismində bunu müşahidə etmək olar. Ya da ona digərlərindən daha çox hörmət edərlər. Bu da təbiidir. Mən deməzdim ki, millət olaraq özümüzə qarşı tam olaraq qəddarıq, ya özümüzə hörmət etmirik. Bu, fərdi yanaşmadır. Biz yad ölkələrdə öz millətimizi görəndə belə sevinər, bir-birimizə mənəvi dəstək olarıq. Təbii ki, istisna hallar bütün millətlərdə var".
Onun sözlərinə görə, millətimizin adına nahaq danışmağı sevmirəm deyə, düşünürəm ki, hər bir millətdə olduğu kimi bizdə də nanəcim, özünü sevməyən, qarşı tərəfi həzm edə bilməyən yalnız özünü düşünən və sair bir çox keyfiyyətlərə sahib olan insanlar var: "Onlar üçün nə qonaq, nə ev yiyəsi fərq etmir. Onlar özlərinin xarakterini hər yerdə, hər zaman nümayiş etdirirlər. Bir millət olaraq ola bilsin ki, başqa millətin nümayəndələrinə hörmətimiz də sırf bizim qonaqpərvərliyimizdən irəli gəlir. Bu da müvəqqəti olduğuna görə köməyimizi əsirgəmirik. Başqa millətlərdə də biz xarici ölkəyə gedib sual verəndə onlar çox ətraflı izah verirlər. Amma kiminsə ayağını tapdalayırıqsa, ona gülümsəyiriksə, təbii ki, bu qonaqpərvər olduğumuzdan irəli gəlir. Düşünmürəm ki, hər bir insan öz millətində də təsadüfən olan bir hadisəyə pis reaksiya versin.
Normal olan və təsadüfi olan şeylər var. İnsan dəyərsizliyini özünə qarşı duyursa, təbii ki, ətraf da bunu yansıdacaq. Amma özünü sevən insan dünyanın hər bir varlığını sevmək iqtidarındadır. Etnopsixologiyaya görə bir millət olaraq biz həm qonaqpərvər, həm dəstək olmağı sevən millətik. İstisna halları çıxmaqla öz millətimizin nümayəndələrinə də dəyər veririk".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB