Qubada ictimai yerlərdə kibermaarifləndirmə lövhələri quraşdırılıb

Quba polisi tərəfindən ictimai iaşə obyektlərinin və bankomatların ətrafında vətəndaşların kibermaarifləndirilməsi məqsədi ilə məlumatverici lövhələr quraşdırılıb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, son dövrlər bəzi şəxslər tərəfindən vətəndaşlara xüsusilə saxta xarici nömrələrdən zənglər edilməklə onların bank kart məlumatlarının əldə edilməsi hallarına rast gəlinməkdədir.

Quba Rayon Polis Şöbəsi bu hallara qarşı vətəndaşları diqqətli olmağa çağırır və qeyd edilən kibercinayətkarlıq halları ilə üzləşdikləri təqdirdə polisə məlumat vermələrini tövsiyyə edir.

Quraşdırılan lövhəciklərdə dələduzlar tərəfindən ən çox istifadə edilən üsullar barədə ətraflı məlumat yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə