MDSS haqları üzrə daxilolmalarda artım qeydə alınıb

2024-cü ilin yanvar-aprel ayları ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda proqnoza nisbətdə 157,4 mln. manat və ya 9,5% artım qeydə alınıb. Dövlət Sosial Müdafiə Fondundan SİA-ya verilən xəbərə görə, büdcə təşkilatları üzrə daxilolma ötən ilin müvafiq dövrü ilə müqayisədə 33,2 mln. manat və ya 5,7%, qeyri-büdcə təşkilatları üzrə isə 152,8 mln. manat və ya 14,6% artımla olub.

Bütün xəbərlər Facebook səhifəmizdə