FHN İrana yardıma hazırdır: 40 xilasedici və 2 helikopter...

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) İran Prezidenti İbrahim Rəisinin rəhbərlik etdiyi heyəti aparan helikopterin qəza enişi etməsi ilə əlaqədar axtarış-xilasetmə əməliyyatına dərhal dəstək göstərməyə hazır olduğunu bildirib.

SİA xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, lazımi texniki vasitələrlə təchiz olunmuş 40 nəfər peşəkar xilasedicidən ibarət qrupun 2 helikopterlə hər an axtarış-xilasetmə əməliyyatına qoşulmağa hazır olması dost ölkənin müvafiq dövlət qurumunun diqqətinə çatdırılıb”, - deyə məlumatda qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə