Lerikdə uçqun olub, Çayrud kəndinə gedən yol bağlanıb

Lerikdə uçqun olub, Çayrud kəndinə gedən yol bağlanıb

Lerik rayonunun mərkəzindən 18 kilometr uzaqda yerləşən Çayrud kəndində uçqun olub. Dağdan düşən iri qaya parçası yolu bağlayıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, uçqun zamanı Çayrud kəndinə gedən yol bağlanıb. Hazırda ağır texnikalar əraziyə cəlb olunub, yolun açılması istiqamətində işlər davam etdirilir. Kəndə gediş-gəliş üçün alternativ yoldan istifadə olunur.

Günün sonuna kimi yolun açılması nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə