Araz Əhmədov növbəti dəfə Masallının Qarğalıq kəndi ərazisinin sakinləri ilə görüşüb
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov vətəndaşlarla növbəti səyyar görüş-qəbulunu Qarğalıq ərazisində keçirib. Rayon İcra Hakimiyyətinin başçısı qəbula gələnləri salamlayıb və səyyar görüş-qəbulunu açıq elan edib.
Sözü Masallı RİHB aparatının İnformasiya təminatı və təhlil sektorunun müdiri Elvin Fəttayevə verərək rayon rəhbəri ilə ötən görüş zamanı vətəndaşların müraciətlərinin həlli vəziyyəti ilə bağlı məlumat verməsini istəyib.
Sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov qəbula gələn vətəndaşları narahat edən məsələlərlə bağlı müraciətlərini dinləmiş, qəbulda qaldırılan məsələlərdən bir neçəsi dərhal yerində həll olunmuş, digər məsələlər barəsində müraciət edən vətəndaşlara qanunamüvafiq izahat verilmiş və vətəndaşların müraciətinə həssaslıqla yanaşaraq qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermişdir.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov səyyar-görüş qəbulunu yekunlaşdıraraq rayonda vətəndaş müraciətlərinin daim diqqətdə saxlanıldığını bildirmişdir.
Qarğalıqlı sakinlər onlarla görüşmək üçün vaxtaşırı vaxt tapıb kəndə gəldiyinə, vətəndaşlarla daim ünsiyyət qurduğuna, daim diqqət və qayğı göstərdiyinə görə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədova səmimi minnətdarlıqlarını dönə-dönə bildiriblər.
Qeyd etmnək yerinə düşər ki, son illər 230 minə yaxın əhalinin yaşadığı Masallı rayonuda, eləcə də yaşadıqları şçəhər və kəndlərin, qəsəbələrin inkişafında daim yeniliklərin, aparılan abadlıq — quruculuq işlərinin əyani şahidi oluruq. Bu daim belədir. Fürsət düşdükcə daxili imkanlar hesabına şəhər yolları asfaltlanır, kənd küçələri qumlanır, təzə parklar salınır, yaşıllıqlar artırılır. Masallınıpn bu günü gözəldir, sabahı daha gözəl olacaqdır.
Qarğalıqlıqda həmçinin bu gün dövlət başçısı, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev və rayon rəhbərliyi tərəfindən görülən işləri, vətəndaşlara olan qayğını, səmimi münasibəti minnətdarlıqla qarşılandıqlar haqqında söhbət açmışlar. Masallılar həmişə olduğu kimi bu dəfə də ölkəmizdə vətəndaşlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürlərini çatdırıblar.
ƏLİHÜSEYN ŞÜKÜROV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB