“Kremlər yox, Günəş şüaları dəri xərçəngi yaradır” - AYDINLIQ GƏTİRİLDİ
“Günəş bütün canlılar üçün həyat mənbəyi sayılır. Eyni zamanda günəş şüalarının D vitamini qaynağı olmağı ilə yanaşı, antibakterial təsirə malik olduğunu və qan dövranını yaxşılaşdırdığı da bildirilir. Lakin yer səthinə düşən radiasiya miqdarının normadan artıq olması Günəşin insan səhhətinə neqativ təsirini də artırır. Əslində kremlər yox, Günəş şüaları dəri xərçəngi yaradır”. Bu sözləri SİA-ya danışan dermatoloq İlqar Ağamirov deyib.
Onun sözlərinə görə, Günəşin tərkibindəki radioaktiv şüalar xərçəng yaradır: “Bunun üçün də SPF-lərdən istifadə etmək mütləqdir. Keçmişdə də dəri xəstələri olub. Lakin qabaqki zamanda insanlar Günəş şüalarından qorunmaq üçün uzun qol paltar və çətirlərdən istifadə ediblər. Yəni əvvəlki dövrdə də Günəş şüalarına çox məruz qalan şəxslərdə dəri xərçəngi yaranıb. Lakin günümüzdə həmin risk qrupundakı insanlar həyatlarını məhdudlaşdırmamaq, uzunqol geyinməmək, çətir götürməmək üçün onlara şərait yaradılıb ki, SPF-lərdən istifadə etsinlər”.
Dermatoloq qeyd edib ki, buna fotodermotid deyilir: “İnsanlar Günəşə həssasdır. Günəşin tərkibindəki infraqırmızı, ultrabənövşəyi və radioaktivlik kimə düşmürsə, o, SPF-dən istifadə etməlidir. SPF-i gündə bir dəfə vurrmaqla yekunlaşmaq doğru deyil. Bu kremləri müəyyən saatlarda bir yeniləmək lazımdır”.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB