Hərbi psixoloq ixtisasının ali təhsil proqramına daxil edilməsi təklif olunur

Hərbi psixoloq ixtisasının ali təhsil proqramına daxil edilməsi təklif olunur

Ailə psixoloqu ilə yanaşı, hərbi psixoloq ixtisası da ali təhsil proqramına daxil edilməlidir. SİA xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədri, deputat Zahid Oruc "Azərbaycan ailəsi: dəyişən və dəyişməyən dəyərlər" mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsi nəticəsində ailələrə dəymiş psixoloji sarsıntıların aradan qaldırılması istiqamətində işlər görülməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə