Beynəlxalq Ailə Günü ərəfəsində ənənəvi “Ailə Festivalı” keçirilib - YENİLƏNİB - FOTOLAR

Beynəlxalq Ailə Günü ərəfəsində ənənəvi “Ailə Festivalı” keçirilib - YENİLƏNİB - FOTOLAR

Bu gün 14 May tarixində, Beynəlxalq Ailə Günü ərəfəsində ənənəvi “Ailə Festivalı” keçirilib. SİA xəbər verir ki, festival “Ekoloji düşüncə ailədən başlayır” şüarı altında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə ailələr, rəsmi qonaqlar, ziyalılar, media mənsubları, blogerlər, türk dövlətlərinin ölkəmizdəki səfirliklərinin nümayəndələri iştirak ediblər.

Uşaqlar üçün müxtəlif ustad dərsləri (xalça toxuma, ebru sənəti, dulusçuluq, eləcə də gül çələngi, maqnit, eko-çanta hazırlanması, gil ilə iş və s.), animatorların iştirakı ilə əyləncələr və sonda konsert proqramı təşkil edilib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə