Naxçıvan əhalisinin sayı

1 aprel 2024-cü il tarixə Naxçıvan Muxtar Respublikasında əhalinin sayı bir il öncəyə nisbətən 2780 nəfər və ya 0,6 faiz artaraq 469061 nəfər olub. Bu barədə SİA-ya Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən bildirilib.

Həmçinin qeyd edilib ki, 2024-cü ilin yanvar-mart aylarında muxtar respublikada orta aylıq nominal əməkhaqqı 766,7 manat olub ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 18,9 faiz çoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə