"Bəzi insanlar böyüsələr də, anasından məsləhət almadan heç bir qərar qəbul edə bilmirlər". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Nərgiz Hüseynova deyib.
O bildirib ki, bu, ondan asılıdır ki, uşaq özü şəxsiyyət kimi formalaşmalıdır: "Bunun üçün də uşaq müəyyən mərhələlərdən keçir. Birinci, üç yaşında uşaqda eqo formalaşır. Eqo uşağın "mən"idir. Üç yaşlı uşaqlar özləri hər şeyi etmək istəyirlər: "mən özüm edəcəm, özüm yeyim, özüm geyinim". Bu dövrdə uşağa bu sərbəstliyi vermək lazımdır. Təəssüf ki, o dövrdə ana uşağa sərbəst yeməyə imkan yaratmırsa, özü ona qaşıqla yemək yedizdirirsə, geyindirirsə, o zaman uşağı bu sərbəstlikdən məhrum etmiş ola bilir. Əgər o zamanı əldən buraxırsa, 5-6 yaşına kimi uşağı yemək yedizdirməyə məcbur olacaq. Uşaqda bu eqo yetişəndə bu mərhələləri buraxmış olacaq.
İkinci vacib dövr isə uşağın yeniyetməlik dövrünə keçid dövrüdür. Uşaq artıq uşaqlıq həyatından çıxır, böyüklük həyatına doğru addım atır. Ona görə bu dövrə keçid dövrü deyirlər. Bu dövr çox vacibdir. Bu dövrdə uşağın verdiyi qərarlar, istəkləri, fikirləri nəzərə alınmalıdır. Çünki şəxsiyyət yetişdiririk. Əgər bu dövrdə də uşaqların qərarlarına fikir vermir, soruşmurlarsa, bu dövrə mane olmuş olurlar. Gələcəkdə uşağın sərbəst şəkildə qərar verməsinə maneçilik törədirlər. Bununla da gələcəkdə uşaq hər zaman ata-anasından asılı vəziyyətdə qalır".
Onun sözlərinə görə, yeniyetməlik dövründə valideynlər uşaqlara istiqamət verməlidirlər: "Çünki hər zaman uşaq hər hansı bir qərarı düzgün almaya bilər. Valideyn, əlbəttə ki, istiqamət verməlidir. Amma hər hansı arzularını boğmamaq şərtilə bunu etməlidir. Məsləhət verərək, tövsiyə edəndən sonra uşağın özünə qərar verməyə buraxmaq lazımdır ki, onda qərar vermək anlayışı, cəsarəti formalaşsın. Bəzən belə hallar da olur ki, terapiyaya müraciət edən şəxslər bu şikayətləri edirlər. Hansılar ki, hər hansı işdə çətinlik çəkirlər, aşağı özgüvəndən əziyyət çəkirlər. Hər zaman belə bir şikayətləri olur: "imkan versəydilər, özümüz öz qərarlarımızı verərdik. Bəlkə də, səhv edəcəkdik, amma bu, bizim səhvimiz ola bilərdi". Ona görə də uşaqlıqdan uşaqların fikirlərini almaq, onları düzgün istiqamətləndirmək və onların qərar verməsini təşviq etmək çox gözəl olardı, amma yenə də onların istəklərini, qərarlarını boğmamaq şərtilə. Onların da yanlış edib təcrübə qazanmasına imkan verərək istiqamət vermək daha gözəl olardı".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB