"İkinci türkçülük çalışmaları: dil məsələlərimiz" mövzusunda elmi konfrans keçirilir - YENİLƏNİR - FOTOLAR

"İkinci türkçülük çalışmaları: dil məsələlərimiz" mövzusunda elmi konfrans keçirilir - YENİLƏNİR - FOTOLAR

Bu gün Sosial Tədqiqatlar Mərkəzi və Türkçü Düşüncə Birliyinin təşkilatçılığı ilə "İkinci türkçülük çalışmaları: dil məsələlərimiz" mövzusunda elmi konfrans keçirilir. SİA xəbər verir ki, konfransda Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc, Millət vəkili Sabir Rüstəmxanlı, professor Nəsib Nəsibli, Millət vəkili, professor Nizami Cəfərov, professor Mahirə Hüseynova açılış nitqləri ilə çıxış edəcəklər.

Konfrans "Türkçülüyün mənzurəsi" adlı videoçarxın nümayiş olunması ilə başlayıb.

Konfransda iki panel üzrə beş məruzə müzakirə ediləcək.

1. Məruzənin müzakirəsi olacaq.

2. "Dildə türkçülük gərəyi" mövzusunda Türk Dünyası Araşdırmalar İnstitutunun doktoranti Odər Qutluər məruzə edəcək.

3. "Güney Azərbaycanda dil sorunu" mövzusunda yazıçı, tərcüməçi dr.Araz Əhmədoğlu məruzə edəcək.

4. Azərbaycan tarixşünaslığında türkçülüyün sosioloji və mənəvi aspektləri" mövzusunda STM-in baş məsləhətçisi Əfqan Vəliyev məruzə edəcək.

5. "Türk dünyasında ədəbiyyat... Ədəbiyyatda Türk dünyası: irs, uğur və qayğılar" mövzusunda MM Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı məruzə edəcək.

Daha sonra təqdimatla bağlı dəyərləndirmələr olacaq.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə