Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu mayın 11-də Azərbaycanın cənub bölgəsində baş vermiş zəlzələ ilə bağlı yeni məlumat açıqlayıb. SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, ocağı 19 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 6 bala yaxın, Lənkəran, Lerik, Yardımlı, Cəlilabad, Astara, Neftçala, Masallı, Biləsuvar, Saatlı, Salyan, Beyləqan, İmişli, Füzuli və digər rayonlarda 5-3 bala qədər hiss olunub.
18:01
Lənkəranda zəlzələ olub.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, yerli vaxtla saat 17:23-də Lənkəranda zəlzələ qeydə alınıb. Təqribən 10 saniyə davam edən zəlzələni daha çox çoxmərtəbəli binalarda yaşayanlar hiss edib.
17:39
Mayın 11-də Lənkəran ərazisində zəlzələ qeydə alınıb.
SİA AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosuna istinadla xəbər verir ki, yerli vaxtla saat 17:23-də qeydə alınan yeraltı təkanların maqnitudası 5.3-ə bərabər olub.
Ocağı 19 kilometr dərinlikdə yerləşən episentrdə 6 bala yaxın hiss olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB