Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa olunub - YENİLƏNİB

Yağışlı hava şəraiti ilə əlaqədar olaraq Bakının Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb. Bu barədə SİA-ya Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Qeyd edək ki, Bakıda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar olaraq ötən gün Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saata endirilmişdi. Eyni zamanda məlumat sürət tablolarında “sürüşkən yol” işarəsi qoyulmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə