Beynəlxalq Kulinariya Sənəti və Mətbəx Ulduzları “Souss Gastro” festivalı təşkil olundu - FOTOLAR

Beynəlxalq Kulinariya Sənəti və Mətbəx Ulduzları “Souss Gastro” festivalı təşkil olundu - FOTOLAR

Mərakeşdə ilk Beynəlxalq Kulinariya Sənəti və Mətbəx Ulduzları “Souss Gastro” festivalı təşkil olunub
İsrail Kulinariya İncəsənəti və Davamlı İnkişaf Assosiasiyası Mərakeşin Aqadir şəhərində ilk Beynəlxalq Kulinariya Sənəti və Mətbəx Ulduzları “Souss Gastro” Festivalı təşkil edib.
SİA xəbər verir ki, "Mərakeş mətbəxi miras, irs və üfüqdür" şüarı altında baş tutan festivalın məqsədi Mərakeş mətbəxinin zənginliyini dünyaya çatdırmaqdır.

Beynəlxalq təşkilatların tərəfdaşlığı ilə baş tutan festivalda Azərbaycanı Beynəlxalq münsif, qida üzrə baş mütəxəssis Ağa Salamov təmsil edib.

20 nəfərdən ibarət beynəlxalq münsifin yer aldığı tədbirdə dünyanın müxtəlif ölkələrindən 100-ə yaxın yarış iştirakçı yer alıb.

Baloniya sistemi ilə qiymətləndirilən namizədlər arasından 91-100 bal toplayanlar qızıl medal, 81-92 bal toplayanlar gümüş medal, 71-80 bal toplayanlar bürünc medal, 70 baldan aşağı toplayan iştirakçılar isə sertifikatla mükafatlandırılıblar.

Müxtəlif kateqoriyalar üzrə dünya mətbəxinin yer aldığı festivalda yarışlardan əlavə, mərakeşli və beynəlxalq aşpazların iştirakı ilə ustad dərsləri keçirilib, iştirakçılara unikal kulinariya texnikası və ənənələri haqqında məlumat verilib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə