"Azərbaycanşünaslığın aktual məsələləri" XV Beynəlxalq elmi-praktiki konfrans keçirilir - YENİLƏNİR - FOTOLAR

Bu gün Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş "Azərbaycanşünaslığın aktual məsələləri: tədqiqat, elmi diskurs və beynəlmiləlləşmə" XV Beynəlxalq elmi-praktiki konfrans keçirilir. SİA xəbər verir ki, tədbirdə Türkiyə, Rusiya, Varşava Universitetindən qonaqlar, deputatlar, politoloqlar Slavyan Universitetinin professor, müəllim heyəti, tələblər iştirak edirlər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

İlk çıxışı Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə