"Xeyriyyəçilik mədəniyyətini növbəti mərhələyə çatdırmaq lazımdır" - EMİL HƏSƏNOV

"Bu gün indiyə kimi olan proyektimizi, bundan sonrakı fəaliyyətimizdəki yenilikləri əks etdirmək üçün bir az gördüyümüz işlərdən, əməkdaşlıqlardan, gələcəkdəki missiyamız və görüşümüzdən danışacağıq". SİA xəbər verir ki, bu sözləri "For Azərbaycan"ın Bakı filialının baş müdiri Emil Həsənov deyib.

Onun sözlərinə görə, bizim ana məqsədimizdən biri miqyaslı layihələr etməkdir: "Həm də bu layihələrin davamiyyətidir. Sadəcə bir təşkilatdan asılı olmaq olmaz. Ölkədə, cəmiyyətimizdə xeyriyyəçilik mədəniyyətini növbəti mərhələyə çatdırmaq lazımdır. Ən önəmli məqamlardan biri də beynəlxalq arenada korporativ, sosial məsuliyyət siyasətinin inkişafına dəstək olmaqdır.

Hədəflərimizdən biri odur ki, birgə əməkdaşlıq edərək özəl sektorla dövlət sektorunun, könüllülərin dəstəyi ilə daha da böyük layihələri həyata keçirək".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə