Azərbaycana qarşı mübarizə hansı səviyyədədir? - EKSPERT DANIŞDI

“15 il bundan öncə Azərbaycan Dövlət Neft Akademiyasında dəhşətli bir terror hadisəsi yaşandı. Terrorun mənası qorxu yaratmaqdır. Ümumiyyətlə, terror qədim bir anlayışdır və təxminən 2 min illik tarixi var. Tədricən dəyişsə də, öz mahiyyətini qoruyub saxlayıb. Hətta qonşu dövlətlərə nəzər yetirsək görərik ki, terror mütəmadi baş verir”. Bu sözləri SİA-ya açıqlamasında təhlükəsizlik üzrə ekspert Rəşad Rza deyib.

Onun sözlərinə görə, qonşu ölkələrə nisbətən Azərbaycanda terror nadir hallarda olur, lakin baş verməsi mümkünsüz deyil: “Təbii ki, terroristlər, xüsusilə də erməni kimi qonşumuz varsa bu qaçınılmaz bir haldır. Amma terrora qarşı mübarizə aparmaq, bunun qarşısını almaq, ən azından minimuma endirmək mümkündür. Azərbaycan da bu sahə üzrə adı ilk sıralarda olan ölkələrdəndir”.

Ekspert xatırladıb ki, bu yaxınlarda aparılan sorğular əsasında da ən az terror olan ölkə Azərbaycan seçilib: “Təbii ki, bu məsələdə terrora qarşı mübarizənin də böyük rolu var. Bununla yanaşı artıq son dövrlərdə terrorla məşğul olan təşkilatlar daha çox fərqli terror nümunələrinə əl atırlar. Son zamanlarda biz qida terroru ilə üz-üzəyik. Ölkəmizdə kütləvi şəkildə qida terroru tətbiq olunur. Ona görə də çağırış edirəm ki, bu məsələyə ciddi nəzarət olunsun və önəmli tədbirlər görülsün”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə