Səbail rayonu ərazisində avtoxuliqanlıq edən sürücü saxlanılıb

Səbail rayonu ərazisində avtoxuliqanlıq edən sürücü saxlanılıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, “Toyota Prado” markalı, 01-CJ-733 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Muradov Pərviz Elşad oğlu yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri etdiyi üçün Səbail Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Sürücü barəsində toplanan materiallar baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə təqdim olunub. Məhkəmənin qərarına əsasən sürücü P.Muradovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla o, 15 sutka inzibati həbs olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə