Növbəti köç karvanı Füzuli şəhərinə çatıb - FOTOLAR

Aprelin 23-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Füzuli şəhərinə çatıb. Yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən SİA-ya verilən məlumata görə, mərasimdə Komitənin və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmiləri iştirak ediblər.

Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bu mərhələdə Füzuli şəhərinə daha 39 ailə - 150 nəfər köçürülüb. Bununla da Füzuli şəhərində 744 ailə, 2839 nəfərin daimi məskunlaşması təmin edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə