Azərbaycanda elektron siqaretlər qadağan oluna bilər

“Bir növ siqaret çəkmə üsulu var ki, dünyanın bir çox ölkələrində getdikcə qadağan edilir. Bu Azərbaycanda da geniş yayılmış siqaret çəkmə formasıdır. Bunlar buxarlanma yolu ilə ingiliscə “vape” (elektron siqaret və qəlyan - red.) adlanan birdəfəlik siqaretlərdir. Araşdırmama görə, gənclər arasında geniş yayılan, dəb, moda halını alan amma gələcəkdə çox ciddi şəkildə fəsadlara yol açacaq siqaret çəkmək növüdür”. SİA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, deputat Tahir Mirkişili Milli Məclisin iclasında deyib.

“Əksər ölkələrdə bu qadağandır. Amma Azərbaycanda qadağan deyil və il ərzində təxminin 3 milyona yaxın birdəfəlik elektron siqaret Azərbaycana idxal olunur. Əgər iqtisadi cəhətdən bu zərər verməzsə və ya digər məsələlər önə çıxmazsa biz bu məsələ ilə bağlı təşəbbüslə çıxış edə bilərik”, - deputat qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə