Masallı şəhərində ağacəkmə aksiyası təşkil olundu - FOTOLAR

22 aprel 2024-cü il tarixdə Masallı şəhər Park Bulvar Kompleksi ərazisində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Mənzil Kommunal Təsərrüfatı istehsalatı Birliyi və EMBAWOOD MMC mebel fabrikinin əməkdaşları tərəfindən ağacəkmə aksiyası təşkil olunmuşdur.

Aksiyada Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov və aparatı, EMBAWOOD MMC-nin rəhbəri Elşad Abbasov, Mənzil Kommunal Təsərrüfatı istehsalatı Birliyinin, EMBAWOOD MMC mebel fabrikinin əməkdaşları və şəhər sakinləri iştirak etmişlər.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunmuş ağacəkmə aksiyasında iştirakçılar tərəfindən ümumilikdə 200 ədəd sərv ağacı əkilərək ağac dibləri suvarılmış və möhkəmlənmə işləri aparılmışdır.

ƏLİHÜSEYN ŞÜKÜROV

Bütün xəbərlər Facebook səhifəmizdə