“Yaşıl dünya naminə həmrəylik ili“ çərçivəsində maarifləndirici tədbir keçirilib - FOTOLAR

Lənkəran şəhər sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəbi uzun illərdir ki, fəaliyyət göstərir. Məktəb 2019-cu ildə Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunub. Burada sağlamlığı məhdud olan uşaqların təhsili üçün hər cür şərait yaradılıb. Məktəbdə gecə qalanlar üçün sağlamlıq və istirahət baxımından lazımi şərait var. Uşaqların təlim- tərbiyəsi ilə təcrübəli pedaqoq Şərqiyyə Eminovanın rəhbərliyi altında mehriban bir kollektiv məşğul olur.

Məktəbin həyəti başdan-başa yaşıllığa bürünüb. Yaşıllıqların salınmasında, mövcud yaşıllıqlara qulluq edilməsində uşaqlar da iştirak edir və əmək vərdişləri qazanırlar.

Məktəbdə COP29 sammiti və “Yaşıl dünya naminə həmrəylik ili“ çərçivəsində tədbrlərə də start verilir. 1 saylı RETSİ-nin təşəbbüsü və təşkilarçılıq dəstəyi ilə təhsil ocağında keçirilən maarifləndirici tədbirimiz bu qəbildəndir. Tədbiri məktəbin direktoru Şərqiyyə Eminova açaraq bugünkü aksiyanın əhəmiyyətindən danışdı. Qeyd etdi ki, bu ağacəkmə aksiyası kollektivimizin COP29 sammitinə və “Yaşıl dünya naminə həmrəylik ili”nə növbəti töhfəsidir.

1 saylı RETSİ- nin əməkdaşları öz çıxışlarında COP29 sammiti və “Yaşıl dünya naminə həmrəylik ili“nin mahiyyəti barədə məlumat verdilər və onlara ünvanlanmış sualları cavablandırdılar.

Sonra müəllim və şagirdlərin iştirakı ilə ağacəkmə aksiyası keçirildi.

SƏBİNƏ

Bütün xəbərlər Facebook səhifəmizdə