Faktiki hava: Oğuz və İsmayıllıya dolu düşüb

Aprelin 22-si saat 18:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, Xaltan, Altıağac, Daşkəsən, Gədəbəy, Qəbələ, Qrız, Şahdağ, İsmayıllı, Oğuzda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, aprelin 22-si saat 17:45 radələrində Oğuz rayonunun Xaçmaz kəndi və Xalxal kəndi ərazisinə diametri 15-17, İsmayıllı rayonuna 5, İsmayıllı rayonu Basqal qəsəbəsinə isə 9 millimetr olan dolu düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə