Bakı-Sumqayıt Ekspress qatarı yolda qaldı

Bu gün Bakıdan 18:10-da Sumqayıta yola düşən Bakı-Sumqayıt Ekspress qatarı Sumqayıta çatmamış yarı yolda qalıb. SİA-nın qatarda olan əməkdaşı xəbər verir ki, 1 saatdan artıqdır ki, qatar dayanıb.

Bələdçilər yüksək gərginliyin olmamasına görə qatarın dayandığını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə