“Bu il Bakı Metropoliteninə 35 yeni vaqon gətiriləcək” - QURUM RƏSMİSİ AÇIQLADI

“Əldə olunmuş razılaşmaya uyğun olaraq yaxın bir il ərzində Bakı Metropoliteninə 35 yeni vaqon gətiriləcək”. Bu sözləri SİA-ya açıqlamasında Bakı Metropoliteninin mətbuata katibi Bəxtiyar Məmmədov deyib.

B.Məmmədov bildirib ki, vaqonlar istismar müddətini başa vuran vaqonların əvəzinə alınır: “Alınacaq vaqonlar indiyə qədər gətirilmiş "817065B" adlandırdığımız baş vaqonlu qatar tərkibindən ibarət olacaq. Yəni müasir texnoloji innovasiyalar baxımından sonuncu, dördüncü nəslə aid vaqonlar olacaq.

Yaxın üç il ərzində Bakı Metropoliteninə 65 vaqonun gətirilməsi planlaşdırılır. Onlardan 35-i bu il, 30-nun isə növbəti iki il ərzində gətirilməsi nəzərdə tutulub”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə