Panik atak psixoloji, yoxsa fiziki xəstəlikdir? - AYDINLIQ GƏTİRİLDİ

Panik atak psixoloji, yoxsa fiziki xəstəlikdir? - AYDINLIQ GƏTİRİLDİ

"Panik atak fizioloji simptomlarla müşahidə olunan psixoloji problemdir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Gülər Məmmədova deyib.

O bildirib ki, panik ataka fiziki xəstəlik demək olmaz: "Əlamətləri insan fiziologiyasında təzahür edir. Ürək döyüntüləri, tərləmə, təzyiqin qalxması, bütün bu simptomlar artıq insanın zehnində yaratdığı düşüncələrin fonunda mövcud olur. Müəyyən yaşda, hər hansı travmadan, problemdən sonra qaynaqlana bilər, yaxud da səbəbsiz yerə insanı müəyyən zamanda yaxalaya bilər.

Panik atakı müəyyən etdikdən, analizi düzgün təyin etdikdən, öz analizini bildikdən sonra insan bilə bilər ki, onda təşvişə, həyəcan pozuntusuna, panik atakların yaranmasına səbəb nə olur. İnsan bunu özündə müəyyən etdikdən sonra sanki bu problemin müalicəsinin 60%-ni müəyyən etmiş olur. Panik ataklar hər insanda mövcud ola bilər. Hər hansı hadisə ilə əlaqədar, travmatik stressdən sonra, insan bədənində yaranan ağrıların sayəsində də mövcud ola bilər. İnsan ağrıyır, qorxuları var, öləcəyini düşünür, narahatlıqlar onu rahat buraxmır deyə, bu düşüncələr vüsət alır və daha da sürətlənir. Bədəndə fizioloji əlamətlərlə özünü göstərir".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə