“Tiktok”dan necə pul qazanmaq olar? - EKSPERT AÇIQLADI

“Video əsaslı sosial şəbəkə platforması olan "TikTok"u 2016-ci ildə Çinin “Byte Dance” şirkəti bazara çıxarıb. "Tiktok"-dan müxtəlif üsularla pul qazanmaq imkanı əldə edənlər mövcuddur. “Infulencer” olaraq, pul qazanmaq yolunu seçənlər var. "TikTok"da istehsal etdiyi məzmunla məhşurlaşanlar və müxtəlif markalarla sövdələşmə edənlər var. Müxtəlif brendlərin məhsullarını tanıtmaqla pul qazanmaq mümkündür. "Tiktok" hesabını böyüdərək, hesabı satıb, pul qazanmaq istəyənlər mövcuddur”. Bu sözləri SİA-ya informasiya texnologiyaları üzrə mühəndis-tədqiqatçı Bəhruz Əliyev deyib.

Onun sözlərinə görə, “Tiktok Creator Marketplace” brendləri və məzmun istehsalçılarını bir araya gətirən platformadır: “Məzmun istehsalçılarını sponsorlu məzmun yaratmaq və buna görə, ödəniş almaq kimi, “Tiktok Creator Marketplace” vasitəsilə brendlərlə əməkdaşlıq mümkündür.

"TikTok" məzmun istehsal edənləri dəstəkləmək üçün fond açaraq, proqram təklif edir. Bu fond müəyyən sayda izləyicisi və keyfiyyətli məzmunları olan istifadəçilərə ödəniş etməklə gəlir əldə etmək imkanı təqdim edir. Bu fond Amerika, Fransa, İngiltərə, Almaniya, İtaliya və İspaniyada yaşayan məzmun istehsalçılarının müraciət edə biləcəyi proqramdır. Ödənilən pul baxış sayı və təqibçi sayı əsasında hesablanır”.

Ekspert bildirib ki, bu proqrama qoşulub, pul qazanmaq üçün bir sıra tələblərə cavab vermək lazımdır: 18 yaşdan böyük olmaq, 10.000 təqibçisi olmaq, son 30 gündə videolara 100.000 baxışı olması, ABŞ, İngiltərə, Fransa, İspaniya, vəya İtaliyada yaşadığınız halda, "TikTok" icma qaydalarına və şərtlərinə əməl edildiyi halda və s. Bu şərtlərə cavab verənlər fonda müraciət edə bilər.

Əsas pul qazanma mənbəsi isə birbaşa "TikTok" ilə, ortaq formada pul qazanmaq imkanıdır. "TikTok" isə bu məsələyə bir qədər fərqli yanaşaraq, pul qazanmaq imkanını canlı yayında mümkün edir. Belə vəziyyətdə istifadəçilər daha çox canlı yayın açaraq pul qazanmağa çalışırlar. İzləyicilər canlı yayın açanlara müxtəlif virtual hədiyyələr verə bilirlər. Canlı yayını açan şəxs isə bu hədiyyələri sonradan real pula çevirə bilir. Verilən hədiyyələrin təxmini olaraq 50%-i "Tiktok"a, qalanı isə hədiyyələri qəbul edən şəxsə qalır. Canlı yayından pul qazanmaq üçün əsas olaraq, 18 yaş və 1000 nəfər təqibçi tələb olunur. "Tiktok"da məzmun istehsal edənlərə bəxşişlər vermək mümkündür.

İstifadəçilər məzmun istehsalçısına video hədiyyələri də göndərə bilər. Bu video istehsalçılarını dəstəkləmək istəyənlər üçün yaradılmış üsuldur. Təbii ki bunun üçün video istehsalçıları, 18 yaşdan böyük, 10000 təqibçi və ayda 1 dəfə video yükləmiş olmalıdır. "Tiktok" üzərindən elekton ticarət etmə imkanı da mövcuddur".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə