“Füzulidən çıxanda oğlum yaşındaydım, indi oğlumla geri qayıdıram” - Füzuli sakini

“Şükürlər olsun ki, Ali Baş Komandan İlham Əliyevin sayəsində Azərbaycanın üstündə olan qara buludlar çəkildi”. Bu sözləri SİA-ya danışan Füzuli şəhər sakini Tahir Abbasov deyib.

“31 ildən sonra nəhayət ki öz vətənimizə qayıdırıq. Mən Füzulidən çıxanda oğlum yaşındaydım. İndi oğlum öz ata-baba yurduna gedir. Sevincimizin həddi-hüdudu yoxdur. Bizə bu sevincli günləri yaşadan dövlət başçımıza minnətdarıq. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirəm”,- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə