Balakəndə məktəblilər narkomaniyanın fəsadları barədə məlumatlandırılıblar

Yeniyetmə və gənclərimizin zərərli vərdişlərdən uzaq olmaları, onların sağlam ruhda böyümələri məqsədilə polis əməkdaşları Balakən rayonunun Qazbinə kəndində növbəti maarifləndirmə tədbiri keçiriblər. SİA xəbər verir ki, tədbirdə çıxış edənlər “ağ ölüm”ün fəsadları, narkotik vasitə aludəçilərinin qarşılaşdıqları problemlərdən danışıb və bu bəlaya qarşı ölkəmizdən aparılan qətiyyətli mübarizədən söz açıblar.

Daha sonra diskussiya şəklində davam edən görüşdə məktəblilərin sualları cavablandırılıb.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə