“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” auditor seçir

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) İnformasiya Texnologiyaları (İT) sahəsinin müstəqil auditi xidmətləri üçün açıq müsabiqə elan edib. SİA xəbər verir ki, müsabiqədə iştirak haqqı 50 manatdır.

Müsaviqədə iştirak etmək istəyənlər təkliflərini mayın 2-i, saat 17:00-a qədər səhmdar cəmiyyətin yerləşdiyi Bakı şəhəri, Mikayıl Useynov küçəsi, 2 ünvanına təqdim edə bilərlər.

Təkliflərə mayın 3-də, saat 14:30-da qeyd olunan ünvanda baxılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə