Rusiyadan gətirilən dondurulmuş toyuq almayın!

Bakteriya aşkarlanıb

“Ladess Group” MMC-nin Rusiyadan idxal etdiyi "Stavropolskiy Broyler" MMC-nin “Nevinnomısskiy” filialının istehsalı olan ümumi çəkisi 19,2 ton dondurulmuş toyuq filesi məhsulundan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Aparılan sınaq nəticəsinə əsasən, nümunələrdə salmonella bakteriyası aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq təhlükəli məhsulun gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv olunması barədə qərar qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə