Mart ayında müavinət və təqaüd alanlar 844 min nəfərdən çox olub

Bu ilin mart ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 844 min nəfərdən çox olub. Bu barədə SİA-ya Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.

Onların 448 min nəfərdən çoxunu aylıq sosial müavinət, 395 min nəfərdən çoxunu isə təqaüd alanlar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə