“Sərgi xarici ölkələrdə də keçiriləcək” - Sara Əzimova

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü il 30 dekabr sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi geniş şəkildə qeyd olunur. Biz də “Şərq qapısı” qəzetinin komandası olaraq “Naxçıvan fotolarda” adlı sərgi ilə yubileyə öz töhfəmizi vermək istədik”. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında “Şərq qapısı” qəzetinin baş redaktoru Sara Əzimova deyib.

O bildirib ki, “Şərq qapısı” qəzeti 1921-ci ildən nəşr olunur və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri vəzifəsində çalışarkən verdiyi mühüm qərarlar “Şərq qapısı” qəzetində dərc olunub: ““Şərq qapısı” fotoqrafları Naxçıvanın təbiəti və zəhmətkeş insanları olmaqla iki istiqamətdə fotolar çəkiblər. Bu sərgi Türkiyədə də keçirilib və bir çox xarici ölkələrdə də keçiriləcək”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə