"Kimliyindən asılı olmayaraq, hər kəsin insani hüquqları var" - HÜQUQŞÜNAS DANIŞDI
“Mənəvi zərər o zərəri vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Zərəçəkənin təzminat davası açmağa tam haqqı yaranır. İnsan hüquqları bizi sadəcə fiziki varlıqlar deyil, həmçinin, mənəviyyata və hislərə malik varlıqlar kimi qəbul edərək yaradılıb”. Bu sözləri SİA-ya danışan hüquqşünas Şamil Bayramov deyib.
Onun sözlərinə görə, kimliyindən asılı olmayaraq, hər kəsin insani hüquqları var: “İstər cinayətkar olsun, istər dövlət başçısı hər kəsin hüquqları var və kimliyindən asılı olmayaraq, onun şərəf və ləyaqətinin təhqirə məruz qalması yolverilməzdir. Qanunvericilik maddi zərərlə yanaşı mənəvi zərərin mövcudluğunu qəbul edir və belə zərəri yetirən şəxsin məsuliyyətini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsinin zəruriliyi bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapıb. Mənəvi zərərə yalnız insanlar yox biznes qurumları və şirkətlər də məruz qala bilər. Çünki adı cəmiyyət içində ləkələnmiş bir qurum maddi ziyana uğrayır”.
Hüquqşünas bildirib ki, zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur: “Zərər öz məzmunundan asılı olaraq, əmlak və qeyri-əmlak xarakterli olur. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Məcəllənin 23.4-cü maddəsinə əsasən, haqqında ləyaqətini və işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxs həmin məlumatların təkzibini tələb edə, vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edə bilər".
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB