Hərəyə bir ağac əkək - FOTOLAR

Hərəyə bir ağac əkək - FOTOLAR

Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının və “Azərbaycan Vətənpərvərlər” İctimai Birliyinin İmişli rayon şöbəsinin birgə təşkilatçılığı ilə İmişli şəhər 8 saylı tam orta məktəbin həyətində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib. SİA xəbər verir ki, aksiyada İmişli rayonundan Qarabağ və Vətən müharibələrində, Aprel döyüşlərində, Antiterror əməliyyatlarında qəhrəmancasına həlak olmuş şəhidlərin hər birinin adına bir ağac əkilib. Ağacəkmə aksiyasında YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, “Azərbaycan Vətənpərvərlər” İctimai Birliyinin İmişli rayon şöbəsinin sədri, partiya fəalı Ülvi Məmmədov, Mil-Muğan Regional Təhsil İdarəsinin İmişli rayonu üzrə təhsil sektorunun müdiri Kərim Kərimov, ərazi partiya təşkilatlarının nümayəndələri, müəllimlər, partiya fəalları və könüllülər iştirak ediblər.

Aksiya zamanı sözügedən ərazidə təmizlik və abadlıq işləri aparılıb, müxtəlif növ ağaclar əkilərək suvarılıb və onlara aqrotexniki qulluq göstərilib. Qeyd edək ki, aksiyanın təşkil edilməsində əsas məqsəd ölkəmizdə ətraf mühitin, meşə zolaqlarının qorunması və mühafizəsini hər zaman diqqətdə saxlamaq, şəhidlərimizin əziz xatirəsini yad etmək, rayon ərazisində yaşıllıqların genişləndirilməsi və ekoloji tarazlığın daha da yaxşılaşdırılmasına kömək etməklə təbiətə töhfə verməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə