Kərə yağını necə tanıyaq? - MÜNASİBƏT BİLDİRİLDİ

Kərə yağını necə tanıyaq? - MÜNASİBƏT BİLDİRİLDİ

"Yağlar doymuş və doymamış olur". Bu sözləri SİA-ya açıqlamasında qida üzrə Baş mütəxəssis Ağa Salamov deyib.

O bildirib ki, doymuş yağlar otaq temperaturunda bərk halda olan yağlardır: "Misal üçün, quyruq, kərə yağı, nehrə yağı və sair. Doymamış yağlar isə otaq temperaturunda duru halda olan yağlardır. Məsələn, zeytun yağı, qarğıdalı yağı, günəbaxan yağı və sair.

Duru yağların ən faydalısı zeytun yağıdır. Zeytun yağı yüksək temperatura dözümlü yağdır, kimyəvi tərkibi dəyişmir, trans yağa çevrilmir. Sadəcə zeytun yağının düzgün seçimi olmalıdır, yəni yaxşı markadan olmalıdır. Bilməlisiniz ki, bu, həqiqətən də, təmiz zeytun yağıdır. Çox işbazlar elə edirlər ki, onu hər adam seçə bilmir. Əsl zeytun yağı boğazı qıcıqlandırmalıdır, spesifik qoxusu olmalıdır, ondan əsl zeytun qorxusu gəlməlidir. Ağızda çalxalayanda hiss olunmalıdır ki, burnun arxa hissəsində zeytunun qoxusunu hiss etdin. Amma bunu hər adam bilmir, çox vaxt mütəxəssislər bilə bilərlər.

Kərə yağları çox vaxt hidrogenlə doydurulmuş marqarinlər əlavə olunmaqla da hazırlanır. Yəni qatqısı olur. Təmiz kərə yağına qatqı ola bilər ki, maliyyəti aşağı düşsün, ucuz qiymətə satsınlar. Bu da işbazların işidir. Amma təmiz kərə yağını 37 dərəcə suya atdığımız zaman görürük ki, bir parça olaraq əriyir, parçalara ayrılmır. Amma marqarini suya atanda bir az parçalara ayrılır. Kərə yağı isə tam əriməlidir.

Amerikada o zaman deyirdilər ki, şəkərin kalorisi aşağıdır. Şəkərdən düzəlmə, rəngli şirniyyatlari tərifləyirdilər. Kalorisi aşağıdır, faydalıdır, kökəltmir və sair. Hamı şəkərə meyl edirdi və zülaldan uzaq düşmüşdülər. Bu şəkərlər də şəkərli diabet xəstəliyi, qan-damar sistemi xəstəlikləri yaratdı. Elmi araşdırmalarda məlum oldu ki, şəkər nə qədər ziyanmış. Yağlar üçün də deyirdilər ki, quyruq yağı, kərə yağı xolesterin yaradır. Bu piyar işbazlara lazımdır. Quyruğu, kərə yağını sıradan çıxarmaq üçün belə edirdilər. İndi məlum olub ki, sən demə ziyanı yox, əksinə faydaları varmış. Çünki tərkibində əvəzolunmaz yağ turşuları var. Bu yağlar kənardan alınmalıdır. Kərə yağı ən faydalı yağdır, həm də onu əridəndə köpüklənməlidir. Onu balıq, ət, toyuq qızartmalarında istifadə etmək olar. Sac yeməklərində əridilmiş quyruq yağından istifadə edə bilərlər. Amma əridəndə də yandırmaq olmaz. Kimyəvi tərkibi dəyişməməlidir".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə