Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə "Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən növbəti ağacəkmə aksiyasına “Gənc Könüllülər" İctimai Birliyinin könüllüləri də qoşulublar.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, təşkilatın könüllülərinin və ekokönüllülərin iştirakı ilə keçirilən ağacəkmə zamanı Müşfiqabad qəsəbəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 300-dən artıq Eldar şamı və zeytun ağacı əkilib.
Ekoloji davamlılıq, yaşıllıq zonalarının bərpası və genişləndirilməsini təşviq edən tədbirin məqsədi ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizliyin təmini və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə vermək, gəncləri ətraf mühitin mühafizəsində fəal iştiraka təşviq etməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB