...Təbiət gəzintilərini sevənlərə gürzələrlə rastlaşa biləcəkləri barədə xəbərdarlıq edilib.
...Təbii ərazilərdə gəzintiyə üstünlük verən paytaxt sakinləri diqqətli olmalıdırlar. Paytaxt merinin və hökumətinin saytında dərc olunan məlumatda bildirilir ki, şəhərdə ilanlar oyanıb.
"Moskvanın təbii ərazilərində ilanlar oyanır"...
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, mesajda belə deyilir.
Qeyd olunur ki, paytaxtda yaşayan ən təhlükəli sürünən adi gürzədir.
Zəhərlidir və ehtiyatsızlıq onların dişləməsinə səbəb ola bilər.
Mesajda qeyd olunur ki, təbiətə çıxmağı sevənlər hündür ayaqqabı və ya qalın parçadan geniş şalvar geyinməlidir. Bitkiləri çəmənliklərdə bir-birindən ayırmaq və ilanı qorxutmaq eləcə də sürünməsinə vaxt vermək üçün çubuqla vurmaq tövsiyə olunur.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB