Xuraman Muradova: Uca Yaradanın adı ilə hər birinizi salamlayıram!

Bütün müsəlman aləminin, doğma yurdumuzun - Azərbaycanımızın, qardaş Türkiyəmizin, Özbəkistanın, Qazaxıstanın, Qırğızıstanın - bütün Türk dünyamızın müqəddəs Ramazan bayramı mübarək olsun!

Uca Rəbbim bizə təkcə bu ayı yox, ilin 12 ayını Ramazan kimi əməlisaleh yaşamağı nəsib etsin.

Şükürlər olsun ki, Möhtərəm Ali Baş Komandanımız Cənab İlham Əliyevin sərkərdəliyi və Müzəffər Ordumuzun fədakarlığı ilə bu gün azad Şuşamızın, Laçınımızın, cümlə Qarabağımızın səmasına məscidlərdən azan səsləri, Quran sədaları yüksəlir. Bu günə şükürlər olsun ki, biz Türk dünyasının mədəniyyət başkənti Şuşamızın tarixi mədəniyyət incisi olan Gövhərağa məscidində qıldığımız şükür namazımızla Haqqın dərgahına dua edirik! Bu xoşbəxtliyi bizə yaşayan Uca Rəbbimizə həmd olsun! Elimizdən - obamızdan azan səsi, evlərimizdən Quran sədası bir gün əksik olmasın!

Yaşasın qəlbi Allah eşqi ilə döyünən doğma yurdumun doğma insanları! Bayrağın uca olsun, Azərbaycanım! Yaşasın dövlətimiz, dövlətçiliyimiz, Dövlət Başçımız! Yaşasın Müzəffər Ordumuz! Yaşasın Türkiyəmiz! Yaşasın bütün İslam aləmi! Yaşasın müsəlman dünyamız!

Amin İnşallah! Amin İnşAllah!

Bütün xəbərlər Facebook səhifəmizdə