Şəkidə maşın piyadanı vurdu

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan SİA-ya verilən məlumata görə, aprelin 12-də saat 04 radələrində Şəki rayonunun Abbas kəndi ərazisində Rüstəm Məmmədov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən piyada, 1935-ci il təvəllüdlü Şamxalov Mürsəl Əziz oğlunu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Araşdırma aparılır.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə