Ramazan ayının otuzuncu gününün iftar və namaz vaxtları

Bu gün Ramazan ayının otuzuncu günüdür. SİA xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 9-da iftar vaxtı 19:28-dədir.

Aprelin 9-u üçün namaz vaxtları:

Sübh azanı 04:47
Zöhr azanı 12:42
Əsr azanı 17:20
Məğrib azanı 19:28
İşa azanı 20:32

Otuzuncu günün iftar vaxtı üçün duanı təqdim edirik:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.

Tərcüməsi:

“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”.

Allah orucunuzu qəbul eləsin!

Bütün xəbərlər Facebook səhifəmizdə