"Cəmiyyət mürəkkəbləşdikcə sosial işçiyə ehtiyac da artır" - SOSİOLOQ DANIŞDI
“Təəssüf ki, sosial işin təşkili hazırda arzuolunan səviyyədə həyata keçirilmir. Bu çox xoşagəlməz haldır. Hansı ki, bu məsələyə diqqət yetirməyə xeyli ehtiyac var. Beş ildən artıqdır ki, bu sahədə mübarizə aparıram, nazirliklərə müraciət edirəm. Lakin sonda heç bir nəticə əldə etmək mümkün olmur. Bizim ölkədə ali məktəblərdə xeyli sayda sosial işçilər hazırlanır. Lakin onlar lazım olan səviyyədə hazırlana bilmirlər. Buna nə Elm və Təhsil Nazirliyi, nə də təhsilverən qurumlar lazımi diqqəti ayırmır. Hesab edirlər ki, sosial işçi problemi sadə məsələdir”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu deyib.
O bildirib ki, cəmiyyətə həkim qədər, sosial işçi də lazımdır. Sosial işçi sosial sferalarda gedən problemlərin həll olması üçün ən mühüm mütəxəssisdir. Savadlı sosial işçi olmadan cəmiyyətdəki problemləri həll etmək qeyri-mümkündür.
Ölkəmizdə bir çox sahələrdə inkişaf getsə də, sosial sahədə həyəcan təbili çalınır, günü-gündən problemlər artır. Cəmiyyət mürəkkəbləşdikcə sosial işçiyə ehtiyac da artır. Amma sanki məmurlar bunu anlamırlar. Hazırda ölkəmizdə sosial işə olduqca böyük ehtiyac var. Bu səbəbdən də məsələ ətrafında ciddi müzakirələr aparılmalı, lazımi tədbirlər görülməlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB