"Bizim qidalarımız bərbad vəziyyətdədir" - QURUM RƏSMİSİ İRAD BİLDİRDİ
“Qida təhlükəsizliyinin təmin olunması üçün ölkədə çoxsaylı işlər görülməli, ilk növbədə qanunlarda dəyişiklik olunmalıdır. "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanun 1995-ci ildə qəbul olunub, 7 dəfə dəyişiklik olub. Qanun artıq köhnəlib, həyat isə hər sahədə olduğu kimi burada da irəliləyib. İstehlakçıların hüquqları qanunda dəyişib, rasional vəziyyətə gətirilməli, beynəlxalq qanunlara uyğunlaşdırılmalıdır”. Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.
O bildirib ki, qida məsələsi önə çəkilməlidir: “Üç il öncə AQTA yarandıqda çox sevindik, düşündük ki, artıq qida ilə bağlı şikayətlər olmayacaq. Amma AQTA-nın əsasnaməsinə baxsaq, görərik ki, orada qida təhlükəsizliyinin təmin olunması gözlənilir. Yəni, qida təhlükəsiz ola bilər, həm də keyfiyyətsiz ola bilər. Təhlükəli qida insanı bir anda öldürürsə, keyfiyyətsiz qida da insan ömrünü qısaldır. Təsadüfi deyil ki, azərbaycanlılar ölkəsində ən çox aptek olan bir xalqdır. ÜST-ün statistikasına baxsaq, Azərbaycan uzunömürlülüyə görə 190 ölkə arasında 119-cu yerdədir. Bu o deməkdir ki, bizim qidalarımız bərbad vəziyyətdədir. Bu baxımdan da AQTA-nın qanunvericiliyində ciddi dəyişikliklər aparılmalıdır.
Ölkəyə gətirilən məhsulların genetik modifikasiya olunub-olunmaması ciddi araşdırılmalıdır. Hazırda ekoloji təmiz kənd təsərrüfatı haqqında 2008-ci ildə qəbul olunmuş qanunun ləğvi barədə AQTA və Kənd Təsərrüfatı nazirliyi iş aparır. Bu yaramaz haldır. Azərbaycan aqrar ölkədir. Burada ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsal etmək vacibdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB