“Din sahəsində savadlı kadrların sayı artmalıdır” - DEPUTAT FİKİR BİLDİRDİ
“İnsanların dini biliklərinin kifayət qədər olmaması onların dinə münasibətinə çox ciddi formada təsir edir. Yəni, insanlar o qədər də bilgili və məlumatlı olmadıqlarından zaman-zaman müxtəlif təsirlərin altına düşə bilirlər”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib.
Deputat bildirib ki, dini biliyi, məlumatı az olan şəxslər fərqli dini etiqadlara da yönələ bilirlər: “Hesab edirəm ki, buna da əsas səbəb yetərli qədər dini təbliğatın aparılmamasıdır. Bizim din xadimlərimiz, alimlərimiz də bu məsələdə o qədər də fəal deyillər. Ölkə başçısının son illərdə din sahəsində qəbul etdiyi ən vacib qərarlardan biri də məhz Azərbaycan İlahiyyat İnstitunun (Aİİ) yaradılmasıdır. Bu institutun yaradılmasının dini təhsil baxımından çox mühüm əhəmiyyəti var. Bu gün də Aİİ qarşısında ciddi vəzifələr var.
Zənnimcə, günümüzdə dini təhsilin inkişafı və əhalinin din barəsində məlumatlandırılması baxımından Aİİ ciddi işlər görəcək. Çalışmalıyıq ki, din sahəsində savadlı kadrlarımızın sayı artsın. Hazırda buna olduqca böyük ehtiyac var. Çünki bu sahədə savadlı kadrların olması birbaşa olaraq əhalinin din sahəsində savadlanması, maariflənməsi deməkdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB