"Sakinlərin belə əraziləri zəbt etməsi birbaşa qanunaziddir" - NƏQLİYYAT EKSPERTİ

"Sakinlərin belə əraziləri zəbt etməsi birbaşa qanunaziddir" - NƏQLİYYAT EKSPERTİ

Son zamanlar sosial şəbəkələrdə yayılan bir sıra görüntülərə əsaslanaraq söyləmək olar ki, bəzi bina sakinləri binanın həyətindəki avtomobil dayanacaq yerlərini özəlləşdiriblər. Belə ki, onlar ünvana çağırılan taksi və ya başqasının evinə qonaq gələn digər sürücülərə avtomobillərini burada saxlamaması üçün mane törədirlər. Bəs, bu nə dərəcədə doğrudur? SİA mövzu ilə bağlı nəqliyyat eksperti Aslan Əsədovun fikirlərini öyrənib.

Onun sözlərinə görə, belə addımların atılmağı çox təəssüfləndirici haldır: “Çünki bu ərazi birbaşa poçtun qarşısıdır və artıq bura ictimai yer sayılır”.

Aslan Əsədov sözlərinə belə davam edib: “İctimai yerdə də bu kimi halların olması təqdirəlayiq addım deyil. Bununla yanaşı, sakinlərin belə əraziləri də zəbt etməsi birbaşa qanunaziddir. O vaxt bu ola bilər ki, sakinlər aldıqları binalarda xüsusi mülkiyyət sənədi ilə tanınaraq qarajlar əldə edə bilsinlər. Bugünkü şəhər parklanmasının ən vacib və qaranlıq cəhətlərindən biri parklanmaların demək olar zəif olması və yaxud heç təşkil edilməməsidir. Yəni, parklanmalar demək olar ki yoxdur”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə